Modern.az

Ukraynada azərbaycanlı snayper həlak oldu - FOTO

Ukraynada azərbaycanlı snayper həlak oldu - FOTO

Dünya

16 Fevral 2026, 12:09

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Camalov Zaur Mühiddin oğlu Ukrayanın Zaporojye vilayəti istiqamətində gedən döyüşlərdə ölüb.

Onun Rusiya ordusunun tərkibində snayper olaraq vuruşduğu məlumdur.

Zaur Camalovun 1992-ci il noyabrın 30-da Azərbaycanda anadan olduğu və uzun illər Rusiyanın Lipetsk vilayətində yaşadığı bildirilir. 

Xatırladaq ki, Azərbaycanın Baş Prokurorluğu ötən il dekabrın 29-da vətəndaşlara müraciət eədək Rusiya-Ukrayna müharibəsində, eləcə də digər xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak etmək cinayət məsuliyyəti yaratdığını açıqlamışdı.

 

Kərim RUTULLU

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar