Modern.az

Cenevrə görüşünün gündəliyi açıqlandı

Cenevrə görüşünün gündəliyi açıqlandı

Dünya

16 Fevral 2026, 14:03

Rusiya ilə Ukrayna arasında Cenevrədə müzakirə olunacaq məsələlərin dairəsi, o cümlədən ərazi məsələləri Əbu-Dabi görüşündəkindən daha geniş spektrli olacaq.

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 "Bu dəfə həm ərazi, həm də digər bütün əsas nüanslarla bağlı olan məsələlər də daxil olmaqla daha geniş məsələləri müzakirə etmək niyyətindəyik. Bu məsələlər, əslində, bizim tələblərimizlə bağlıdır. Baş danışıqçı, yəni Vladimir Medinskinin iştirakı artıq vacibdir", - deyə Kremlin sözçüsü izah edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar