Modern.az

Fransa erməniləri Paşinyana qarşı: diasporu zəiflədirsən 

Fransa erməniləri Paşinyana qarşı: diasporu zəiflədirsən 

Dünya

16 Fevral 2026, 15:12

Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurası (CAFF) katolikos II Qaregin barəsində açılmış cinayət işi ilə bağlı mövqeyini açıqlayıb.

Modern.az xəbər məlumatına görə, CCAF-ın bəyanatında bildirilir ki, bütün ermənilərin Katolikosunun fəaliyyətinə qiymət vermək yalnız ruhanilərin səlahiyyətinə daxildir, hazırda baş verənlər isə siyasi xarakterli kampaniyadır.

Qeyd olunur ki, bu kampaniya bütün xalqı, vətəndən tutmuş diasporaya qədər zəiflədir, onun daxilində yalnız düşmənlərin sevinə biləcəyi çat yaradır. Bu isə erməni milli kimliyinin əsas sütunlarından birinə vurulan yolverilməz zərbədir.

Təşkilat Erməni Apostol Kilsəsinin patriarxı II Qareginə sədaqətini bir daha təsdiqləyib, eyni zamanda Nikol Paşinyanın rəhbərlik etdiyi hökuməti getdikcə “tarixin ən qaranlıq səhifələrini” xatırladan anti-kilsə kampaniyasını dərhal dayandırmağa və əvvəllər qəbul edilmiş qərarları yenidən nəzərdən keçirməyə çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar