Modern.az

Rusiya ordusunda ən çox muzdlu bu ölkələrdəndir - SİYAHI

Rusiya ordusunda ən çox muzdlu bu ölkələrdəndir - SİYAHI

Dünya

16 Fevral 2026, 16:13

Rusiya Ukrayna cəbhəsində ciddi itkilər verir və itkiləri öz qüvvələri hesabına əvəz etmək qabiliyyətini itirir.

Modern.az xəbər verir ki, bu barədə Bloomberg nəşri yazıb.

Nəşr qeyd edir ki, bu da Hindistan, Pakistan, Nepal, Kuba, Nigeriya, Seneqal və Şimali Koreyadan olan xarici muzdlulara (sayları təxminən 17.000-dir-red) etibarın artmasına səbəb olub.

"Bloomberg"in yazdığına görə, müharibə zamanı Rusiyanın itkiləri 1,2 milyondan çoxdur və cəbhənin bəzi sahələrində hər bir ukraynalı ilə müqayisədə 25-ə qədər rusiyalı hərbçi həlak olur.

Buna baxmayaraq, Rusiya qoşunları ayrı-ayrı şəhərləri nəzarətdə saxlamağa və Ukraynanın enerji infrastrukturuna zərbələr endirməyə davam edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar