Modern.az

İrana ultimatum: Bu 4 ŞƏRTİ qəbul etməlidir

İrana ultimatum: Bu 4 ŞƏRTİ qəbul etməlidir

Dünya

16 Fevral 2026, 17:13

Tehran yalnız uran zənginləşdirməsini dayandırmamalı, həm də gələcəkdə bu proses üçün texniki imkanları tamamilə itirməlidir.

Modern.az "Makor Rişon" nəşrinin məlumatına görə, bu İsrail Baş naziri Benyamin Netanyahunun açıqlamasında vurğulanıb. İsrail tərəfinin İran-ABŞ danışıqları ilə bağlı irəli sürdüyü 4 əsas tələbin sənəddə əksini tapdığı bildirilir.

Həmin tələblər aşağıdakı kimidir:

Uranın çıxarılması: İrandan bütün zənginləşdirilmiş uran ehtiyatlarını ölkə xaricinə köçürmək tələb olunur.

Nüvə müəssisənin sökülməsi: Sentrafuq zənginləşdirməsi üçün bütün infrastruktur və avadanlıqlar sökülməlidir.

Raket məhdudiyyəti: İran raketlərinin zərbə məsafəsi 300 km-dən çox olmamalıdır (Raket texnologiyalarına nəzarət rejiminə görə).

"Müqavimət Oxunu" məğlub etmək: Baş nazirin sözlərinə görə, hücumlardan sonra qüvvələrini bərpa etməyə çalışan regional proksi qrupların aradan qaldırılması.

Benyamin Netanyahu vurğulayıb ki, İranyönlü qüvvələr ciddi şəkildə zəiflədilsə də, onlar hələ də təhlükə yaradır və İran özü qisas almağa davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar