Modern.az

“Apple” yaxın zamanda ucuz “MacBook” təqdim edəcək

“Apple” yaxın zamanda ucuz “MacBook” təqdim edəcək

Dünya

16 Fevral 2026, 22:05

Apple yaxın zamanda daha əlçatan qiymətə “MacBook” noutbuklarını təqdim edəcək.

Modern.az xəbər verir ki, bu barədə Bloombergin texnologiya eksperti Mark Gurman sosial şəbəkə hesabında məlumat verib.

Bildirilib ki, yeni model “Mac” xəttində indiyədək təqdim olunan ən ucuz noutbuk olacaq. Cihaz sarı, yaşıl, göy, çəhrayı, gümüşü və tünd-boz rəng seçimləri ilə satışa çıxacaq.

Məlumata görə, noutbuk 13 düymlük ekran və “iPhone 18 Pro” modellərində istifadə olunan A18 Pro prosessoru ilə təchiz olunacaq. Qurman plastik korpusla bağlı iddiaları təkzib edib və bildirib ki, model digər “Mac” cihazları kimi alüminium korpusa malik olacaq.

Rəsmi qiymət açıqlanmasa da, nəşr yeni “MacBook”un təxminən 699 dollara satışa çıxacağını yazır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar