Modern.az

ABŞ Yaxın Şərqə F-35 qırıcıları göndərir

ABŞ Yaxın Şərqə F-35 qırıcıları göndərir

Dünya

16 Fevral 2026, 22:37

ABŞ Yaxın Şərqə daha 18 ədəd F-35 qırıcısı göndərir.

Modern.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranla razılaşma əldə etmək asan deyil, lakin Vaşinqton bu istiqamətdə səylərini davam etdirəcək. O, bu açıqlamanı Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuat konfransında verib.

Rubionun sözlərinə görə, ABŞ nümayəndə heyəti Cenevrəyə yola düşüb və İran tərəfi ilə görüşlər planlaşdırılır. O qeyd edib ki, diplomatik yolla Vaşinqtonu narahat edən məsələləri əhatə edən razılaşma əldə etmək imkanı var.

Bundan əvvəl Rubio vurğulamışdı ki, indiyədək heç kim İranla uğurlu saziş bağlaya bilməyib, lakin ABŞ bunu sınayacaq. O əlavə edib ki, vəziyyət dəyişərsə, ABŞ qanunvericiliyə uyğun şəkildə Konqresi məlumatlandıraraq hərbi güc tətbiqi variantını da nəzərdən keçirə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar