Modern.az

Daha bir ölkə Rusiyadan təzminat istəyir

Daha bir ölkə Rusiyadan təzminat istəyir

Dünya

17 Fevral 2026, 12:17

Polşa Rusiyaya qarşı İkinci Dünya Müharibəsi üçün təzminat tələb edən məhkəmə iddiası hazırlayır.

Modern.az xəbər verir ki, Yan Karski adına Müharibə İtkilərinin Qiymətləndirilməsi İnstitutunun direktoru Bartoş Qondek Financial Times qəzetinə verdiyi açıqlamada deyib.

Polşa Baş naziri Donald Tusk instituta bu məqsədlər üçün Rusiya ilə bağlı araşdırma aparmağı tapşırıb. Qondekin sözlərinə görə, hazırda Moskvadan tələb olunan təzminat məbləğini müzakirə etmək "tezdir"; İkinci Dünya Müharibəsi və sonrakı onilliklər hadisələrinin qiymətləndirilməsi "uzunmüddətli layihədir".

Polşa məhkəmə iddiası ilə bağlı şərh verən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova RBC-yə deyib: "Təzminat olaraq, "İvan Susanin" operasının videosuna keçid verə bilərik", - deyə cavab verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar