Rusiya, Çin və İran Hörmüz boğazında keçiriləcək birgə təlimlərə gəmilər göndəriblər.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşev bildirib.
"Rusiya, Çin və İranın gəmilərini göndərdiyi Hörmüz boğazında keçirilən Dəniz Təhlükəsizliyi Kəməri 2026 təlimləri olduqca aktual olduğunu sübut edib",- Patruşev "Arqumentı i Faktı" qəzetinə verdiyi müsahibədə deyib.
Xatırladaq ki, hazırda Hörmüz boğazı və ətraf ərazilərdə ABŞ-nin hərbi donanması toplaşıb. Bundan əvvəl, "Tasnim" xəbər agentliyi İran, Rusiya və Çinin fevral ayının sonunda "Təhlükəsizlik Kəməri" adı altında 8-ci birgə dəniz təlimini keçirəcəklər.