Çirkli pulların yuyulmasında ittiham olunan Ukraynanın keçmiş energetika naziri Herman Qaluşşenko üçün 425 milyon qrivna (8 milyon avrodan çox) girov tələb olunub.
Modern.az xəbər verir ki, bu tələb Ukraynanın Xüsusi Antikorrupsiya Prokurorluğu (SAPO) tərəfindən edilib.
Ukraynanın TSN nəşri Qaluşşenko üçün zaminə buraxılması üçün müəyyən edilmiş girovu rekord adlandırır.
2026-cı ilin əvvəlində bir neçə Ali Rada deputatına rüşvət verməkdə şübhəli bilinən Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko üçün 33 milyon qrivna (təxminən 650.000 avro) girov tələb olunub.