Modern.az

Pakistanda terror: 11 ölü, 7 yaralı

Pakistanda terror: 11 ölü, 7 yaralı

Dünya

17 Fevral 2026, 16:02

Pakistanın Xayber-Paxtunxva əyalətində baş verən terror aktı nəticəsində xeyli hərbçi həlak olub.

Modern.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı çərşənbə axşamı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qəzet Pakistan Silahlı Qüvvələrinin mətbuat xidmətinə istinadən "Xayber-Paxtunxva əyalətinin Bajaur rayonundakı nəzarət məntəqəsində partlayan avtomobil bombası nəticəsində 11 təhlükəsizlik işçisi həlak olub", - deyə bildirib.

Qadınlar və uşaqlar da daxil olmaqla daha 7 nəfər yaralanıb.

Pakistan hakimiyyəti teraktın arxasında ölkədə qadağan olunmuş "Təhriki Taliban Pakistan" hərəkatının tərəfdarlarının durduğuna inanır.

Məlumata görə, görülən tədbirlər nəticəsində 12 terrorçu öldürülüb.

Qəzet qeyd edir ki, Xayber-Paxtunxva əyalətində terror aktlarının sayı son bir ildə artıb. Pakistanın Təhlükəsizlik Araşdırmaları Mərkəzinin hesabatına görə, əyalətdə ötən ölənlərin sayı 2024-cü ildəki 1620 nəfərdən 2025-ci ildə 2331 nəfərə çatıb.

Sizə yeni x var
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar