Modern.az

İran Hörmüz boğazını bağlayır

İran Hörmüz boğazını bağlayır

Dünya

17 Fevral 2026, 16:11

İran hərbi təlimlər zamanı Hörmüz boğazının bir hissəsini bir neçə saatlıq bağlayacaq.

Modern.az xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, bu gün "Hörmüz boğazının ağıllı idarə olunması" dəniz təlimləri zamanı təhlükəsizlik və naviqasiya qaydalarına riayət olunmasını təmin etmək üçün Hörmüz boğazının bəzi hissələri bir neçə saatlıq bağlanacaq.

İran fevralın 16-da Yaxın Şərqdəki gərginlik və ABŞ-ın bölgədəki hərbi iştirakının artması fonunda "Hörmüz boğazının ağıllı idarə olunması" dəniz təlimlərinə başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar