Modern.az

Qareginin qardaşı ev dustaqlığına buraxılıb

Qareginin qardaşı ev dustaqlığına buraxılıb

Dünya

17 Fevral 2026, 19:27

Katolikos II Qareginin qardaşı Qevork Nersisyan və qardaşı oğlu Ambarsum Nersisyan ev dustaqlığına buraxılıblar.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, onların barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib. Qevork və Ambarsum Nersisyan 1 milyon dram girov müqabilində 3 aylıq ev dustaqlığına göndəriliblər.

Qeyd edək ki, onlar noyabrın 3-də Vaqarşapatda Qərbyönümlü Respublika Partiyasının seçki kampaniyasına maneçilik göstərməkdə ittiham olunaraq həbs edilmişdilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar