Modern.az

Rusiyadan iki min ukraynalı uşaq geri qaytarılıb

Rusiyadan iki min ukraynalı uşaq geri qaytarılıb

Dünya

17 Fevral 2026, 21:27

Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb ki, "Bring Kids Back UA" təşəbbüsü çərçivəsində Rusiyadan 2 min ukraynalı uşaq geri qaytarılıb.

Modern.az xəbər verir ki, Zelenski bu barədə öz "Telegram" kanalında paylaşım edib.

O bildirib ki, uşaqların geri qaytarılması insanların, ictimai təşkilatların və beynəlxalq tərəfdaşların gündəlik səyləri sayəsində mümkün olub. "Biz uşaqlarımızın, ölkəmizin və dünyanın gələcəyi uğrunda çalışan hər kəsə minnətdarıq", - deyə Ukrayna lideri vurğulayıb.

Sizə yeni x var
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar