Modern.az

Qazaxıstanda ŞOK STATİSTİKA: şübhə edənlərin 30 faizi haqlı çıxır

Qazaxıstanda ŞOK STATİSTİKA: şübhə edənlərin 30 faizi haqlı çıxır

Dünya

17 Fevral 2026, 22:21

Qazaxıstanda atalığın müəyyənləşdirilməsi məqsədilə DNT testi üçün müraciət edənlərin sayı artıb.

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan DNT test laboratoriyasının təsisçisi yerli mediaya verilən açıqlamada bildirilib ki, ay ərzində  təxminən 80-100 nəfər test vermək üçün müraciət edir.

“Orta hesabla hər gün bizə 15-20 zəng daxil olur, insanlar məsləhət almaq istəyirlər. Ay ərzində isə təxminən 80–100 nəfər test vermək üçün müraciət edir”,-deyə laboratoriyanın təsisçisi və inkişaf üzrə direktoru Yevqeniya Bulanova deyib.

Bulanova əlavə edib ki, test üçün ən çox kişilər müraciət edir.

“Ümumiləşdirilmiş müştəri portretindən danışsaq, bu, adətən orta yaşlı, evli və sabit işi olan kişidir. Testlərin böyük əksəriyyəti şəxsi təşəbbüs əsasında aparılır. Məhkəmə ekspertizaları isə müraciətlərin təxminən beş faizini təşkil edir və əsasən kəskin münaqişələrlə bağlı olur. Məhkəməyə yalnız tərəflər arasında razılıq əldə etmək mümkün olmadıqda müraciət edilir, məsələn, valideynlərdən biri uşağın analiz üçün nümunə verməsinə icazə vermədikdə və ya ata DNT testindən keçmək üçün əlaqəyə çıxmadıqda.

Statistikaya görə, nəticələrin təxminən 30 faizi mənfi, 70 faizi isə müsbət olur. Yəni demək olar ki, hər üç nəticədən biri mənfidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar