Modern.az

Ukraynanın keçmiş ədliyyə naziri həbs olunub

Ukraynanın keçmiş ədliyyə naziri həbs olunub

Dünya

17 Fevral 2026, 23:06

Ukraynanın Korrupsiyaya qarşı Ali Məhkəməsi keçmiş ədliyyə naziri Qerman Qaluşenkonu 60 sutka müddətinə həbs edib.

Modern.az xəbər verir ki, o, 200 milyon qrivna (təxminən 4,6 milyon dollar) girov qarşılığında azadlığa buraxıla bilər. Qaluşenko apellyasiya şikayəti vermək niyyətində olduğunu bildirib.

Keçmiş nazir “Enerqoatom” şirkətinin vəsaitlərinin yuyulmasında ittiham olunur və ona 7-12 il həbs cəzası verilə biləcəyi bildirilir. Fevralın 15-də o, Ukraynanı tərk etməyə çalışarkən saxlanmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar