Modern.az

Cenevrədə danışıqların birinci günü başa çatıb

Cenevrədə danışıqların birinci günü başa çatıb

Dünya

17 Fevral 2026, 23:20

Cenevrədə danışıqların birinci günü başa çatıb.

Modern.az xəbər verir ki, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bildirib ki, Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri Cenevrədə keçirilən danışıqların birinci gününü yekunlaşdırıblar.

Onun sözlərinə görə, birgə hissədən sonra tərəflər işlərini istiqamətlər üzrə qruplarda davam etdiriblər. Müzakirələr əsasən praktiki məsələlərə və mümkün həll mexanizmlərinə fokuslanıb. Bu gün üçün həm siyasi, həm də hərbi bloklar üzrə iş başa çatdırılıb.

Umerov qeyd edib ki, danışıqların ilk gününün nəticələri barədə Ukrayna prezidenti Vladimir Zelenski-yə məruzə edəcək.

Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin üçtərəfli danışıqlarının çərşənbə günü davam etdirilməsi planlaşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar