Modern.az

Türkiyədən NATO-da kritik rol mesajı

Türkiyədən NATO-da kritik rol mesajı

Dünya

18 Fevral 2026, 21:10

Türkiye Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsi Türkiyənin NATO çərçivəsində çəkindirmə və regional təhlükəsizlik sahəsində mühüm öhdəlik daşıdığını açıqlayıb.

Modern.az xəbər verir ki, qurumun NATO-ya üzvlüyün 74-cü ildönümü münasibətilə rəsmi “X” hesabında yayımladığı paylaşımda Türkiyənin 1952-ci ildən etibarən alyansın güclü və etibarlı müttəfiqlərindən biri olduğu bildirilib.

Qeyd olunub ki, Türkiyə strateji mövqeyi, güclü ordusu və böhranların idarə olunmasındakı təcrübəsi ilə NATO çərçivəsində çəkindirmə, terrorla mübarizə və regional təhlükəsizliyin qorunmasında mühüm rol oynayır.

Açıqlamada vurğulanıb ki, Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi ilə ölkə müdafiə texnologiyaları, kibertəhlükəsizlik imkanları və yeni nəsil təhdidlərə qarşı səriştələri ilə NATO-2030 baxışına töhfə verməyə davam edəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı