Modern.az

Moskvada güclü qar həyatı iflic edib

Moskvada güclü qar həyatı iflic edib

Dünya

20 Fevral 2026, 01:21

Moskvaya güclü qar yağıb və paytaxtda "narıncı" təhlükə səviyyəsi elan olunub. Onlarla aviareys ləğv edilib, yollarda tıxac səviyyəsi 8-9 bala çatıb.

Modern.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin öz "Telegram" kanalında məlumat paylaşıb.

Bildirib ki, bu qış qeyri-adi dərəcədə ağır keçməkdədir: “Qar yağması dayanmaq bilmir. Bu gün aylıq normanın 70%-dən çoxu yağıb ki, bu da anomal göstəricidir”.

Merin proqnozuna görə, qar bütün gün və gecə boyu, həmçinin növbəti gün də davam edəcək.

Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən artıq 19 aviareys ləğv edilib, onlardan altısının xarici aviaşirkətlərə məxsus olduğu qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı