Modern.az

Türkiyə döyüş təyyarəsi və aviadaşıyıcı istehsalına başlayacaq 

Türkiyə döyüş təyyarəsi və aviadaşıyıcı istehsalına başlayacaq 

Dünya

20 Fevral 2026, 04:22

Türkiyə yaxın dövrdə öz döyüş təyyarələrini və aviadaşıyıcılarını istehsal etməyə hazırlaşır. Bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə artıq pilotsuz uçuş aparatları, raketlər, hərbi gəmilər, helikopterlər və tanklar sahəsində öz ehtiyaclarını böyük ölçüdə daxili imkanlar hesabına qarşılayır deyə Prezident bildirib.

O qeyd edib ki, yaxın vaxtlarda bu siyahıya döyüş təyyarələri və aviadaşıyıcılar da əlavə olunacaq.

Ərdoğan vurğulayıb ki, əldə olunan nəticə uzunmüddətli və ardıcıl fəaliyyətin məhsuludur. Onun sözlərinə görə, son 23 ildə atılan addımlar Türkiyənin müdafiə sənayesində strateji müstəqilliyinin möhkəmlənməsinə imkan verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı