Modern.az

Zelenski NATO-nin baş katibi ilə telefonla danışıb

Zelenski NATO-nin baş katibi ilə telefonla danışıb

Dünya

21 Fevral 2026, 18:53

Ukrayna Prezidenti Volodymyr Zelenskyy NATO-nun Baş katibi Mark Rutte ilə telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, bu barədə Zelenski sosial media hesabında paylaşım edib.

Bildirib ki, tərəflər diplomatik prosesin əsas istiqamətlərini müzakirə ediblər və bir çox məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü qeyd edib. O, həmçinin ABŞ və Rusiya ilə planlaşdırılan növbəti üçtərəfli danışıqlara hazırlıq və tərəflərin mümkün mövqe dəyişiklikləri barədə Rutteni məlumatlandırdığını açıqlayıb.

Danışıq zamanı Ukraynanın enerji vəziyyəti və “Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı” təşəbbüsü çərçivəsində görülən işlər də müzakirə olunub. Zelenski Ukraynanın müdafiəsinə sərmayə yatıran Avropa ölkələrinə təşəkkür edib və NATO rəhbərinə dəstəyə görə minnətdarlığını bildirib. (HaberGlobal) 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?