Modern.az

Qırğızıstanda Prezidentə tabe İstintaq Komitəsi yaradılacaq

Qırğızıstanda Prezidentə tabe İstintaq Komitəsi yaradılacaq

Dünya

21 Fevral 2026, 19:19

Qırğızıstan Prezidenti Sadır Japarov Sadır Japarov ölkədə yaxın zamanda birbaşa dövlət başçısına tabe olan İstintaq Komitəsi yaradılacağını deyib.

Modern.az xəbər verir ki, yeni qurum bütün istintaq araşdırmalarını həyata keçirəcək və Prezidentə hesabat verəcək.

Baş Prokurorluq və Hərbi Prokurorluq isə ölkədə qanunların icrasına nəzarəti davam etdirəcək. Japarov yeni strukturun insan hüquqlarının qorunmasını daha effektiv edəcəyini vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?