Dneprdə məktəbin sığınacağında keçirilən məşğələ zamanı insident baş verib.
Modern.az xəbər verir ki, Ukraynanın Dnepr şəhərində məktəbin sığınacağında regional ərazi komplektləşdirmə mərkəzinin (RTCK) nümayəndələrinin iştirakı ilə planlı praktiki məşğələ keçirilib.
Məktəbin direktoru İnna bildirib ki, məşğələ zamanı qranat maketi qəfil səs çıxarıb və tüstülənmə baş verib. Onun sözlərinə görə, bu hadisə tədris proqramının tərkib hissəsi olub.
Hadisə zamanı evakuasiya prosesi zamanı bir şagird ayağından xəsarət alıb və tibbi yardım üçün müraciət edib. Şagirdin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.