Modern.az

İranda helikopter qəzaya uğradı: ölənlər var - YENİLƏNİB

İranda helikopter qəzaya uğradı: ölənlər var - YENİLƏNİB

Dünya

24 Fevral 2026, 11:16

İranın İsfahan əyalətinin Xomeynişəhr rayonunun Dörçeh şəhərində hərbi vertolyot qəzaya uğrayıb.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb.

İsfahan qubernatorluğunun Böhran Vəziyyətlərinin İdarə Edilməsi üzrə baş direktoru pilot və ikinci pilotun həlak  olduğunu açıqlayıb.

Həmçinin meyvə-tərəvəz bazarında iki köşk sahibinin də öldüyü bildirilib. Daha 1 nəfərin yaralandığı qeyd edilb.


 

***

İranın mərkəzi İsfahan əyalətində hekikopter qəzaya uğrayıb.

Modern.az xəbər verir ki. bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, helikopter Xomeynişəhər yaxınlığındakı Dorçe şəhərində qəzaya uğrayıb.

Agentliyin məlumatına görə, qəza şəhərin bağçılıq kompleksinin yaxınlığında baş verib.

Hadisə yerinə təcili yardım maşınları cəlb edilib. Təlafat barədə məlumat verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı