Modern.az

Raket proqramına 13 yaşlı qızı rəhbərlik edəcək

Raket proqramına 13 yaşlı qızı rəhbərlik edəcək

Dünya

24 Fevral 2026, 15:45

Şimali Koreya lideri Kim Çen In ölkənin raket proqramına nəzarəti 13 yaşlı qızı Kim Çju E-yə həvalə edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bəzi generallar artıq birbaşa ona hesabat verirlər.

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, tezliklə Kim Çju E-nin Şimali Koreya tarixində ilk qadın lider kimi atasının varisi elan ediləcəyi açıqlana bilər.

Kim Çen In dəfələrlə qızını özü ilə nüvə və raket sınaqları ilə əlaqəli yerlərə aparırdı. Kəşfiyyat rəsmiləri hesab edirlər ki, onun istehsalat rəhbəri kimi rolu Kim Çju E-yə ölkə ordusunun strukturunu anlamağa kömək etmək məqsədi daşıyır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada PROSES BAŞLADI! - Azərbaycanlılar vətəndaşlıqdan çıxarılır - Xəbəriniz Var?