Modern.az

İsraildən Hizbullaha XƏBƏRDARLIQ

İsraildən Hizbullaha XƏBƏRDARLIQ

Dünya

24 Fevral 2026, 20:39

İsrail Livana Hizbullah ABŞ ilə İran arasında baş verə biləcək müharibəyə qarışarsa, ölkənin mülki infrastrukturu, o cümlədən Beyrut aeroportu, hədəf alınacağı barədə xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, bu barədə iki yüksək səviyyəli livanlı rəsmi bildirib.

Livanın Baş naziri Nawaf Salam isə Hizbullah-ı ölkəni “başqa bir macəraya” cəlb etməməyə çağırıb. İsrail 2024-cü ildəki müharibədə Hizbullah-a ağır zərbələr endirərək, lideri Hassan Nasrallah və minlərlə döyüşçüsünü öldürmüş, arsenalının böyük hissəsini məhv etmişdi.

Hizbullah isə ABŞ-Tehran qarşıdurmasında neytral olmadığını və potensial hücuma qarşı müdafiə hazırlığını açıqlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada PROSES BAŞLADI! - Azərbaycanlılar vətəndaşlıqdan çıxarılır - Xəbəriniz Var?