Avropa Birliyi Ukraynanın dəstəklənməsi üçün 90 milyard avro kredit ayırıb.
Modern.az xəbər verir ki, Avropa Parlamentinin prezidenti Roberta Metsola sosial şəbəkədə bunu təsdiqləyib: “Mən indicə Avropa Parlamenti adından Ukraynanı dəstəkləmək üçün 90 milyard avroluq kredit imzaladım”.
Kreditin məqsədi həyati əhəmiyyətli dövlət xidmətlərini dəstəkləmək, Ukraynanın müdafiə qabiliyyətini və təhlükəsizliyini gücləndirmək, azadlığı qorumaq və davamlı sülhə nail olmaqdır. Eyni zamanda bu, Ukraynanın Avropadakı gələcəyini təmin etmək üçün vacib addımdır. (Reuters)