Rusiya Prezidenti Vladimir Putin Qara dənizin dibindən Türkiyəyə uzanan "Türk axını" və "Mavi axın" təbii qaz kəmərlərinə qarşı təxribat cəhdləri barədə məlumat aldığını açıqlayıb.
Modern.az xəbər verir ki, Putin bu barədə Federal Təhlükəsizlik Xidmətinin (FTX) iclasında danışıb.
O bildirib: “Kəşfiyyatımızdan müəyyən məlumatlar daxil olur. Kimlərsə bu qaz kəmərlərini partlatmağa cəhd edir”.
Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü ilə bağlı çıxışında Putin enerji infrastrukturuna yönələn hücumları xatırladıb və bunların danışıqlar prosesini pozmaq məqsədli təxribat cəhdləri olduğunu vurğulayıb.
Putin həmçinin Ukraynanı və onu dəstəkləyən ölkələri sülh prosesini sabotaj etməkdə ittiham edib. Rusiya lideri Müdafiə Nazirliyi və müdafiə sənayesi müəssisələrinə təhlükəsizliyin gücləndirilməsi və sərhədlərin qorunması tapşırıqlarını verdiyini söyləyib. (HaberGlobal)