Modern.az

Həsən Ruhani Xameneini devirmək istəyib?

Həsən Ruhani Xameneini devirmək istəyib?

Dünya

25 Fevral 2026, 03:28
“İranın sabiq prezidenti Həsən Ruhani heç vaxt dövlət çevrilişinə cəhd göstərməyib”.

Modern.az xəbər verir ki, bu açıqlama Qərb mediasında İranın ali rəhbəri Əli Xameneini hakimiyyətdən uzaqlaşdırmaq planı ilə bağlı yayılan iddialardan sonra Ruhaniyə yaxın nümayəndələr tərəfindən verilib.

Bildirilib ki, “Le Figaro” və “The New York Times” nəşrlərində dərc olunan materiallar anonim mənbələrə əsaslanır və “yalan”, “uydurma” xarakteri daşıyır.

Ruhaninin mətbuat xidməti bu məlumatları İran cəmiyyətində narahatlıq və inamsızlıq yaratmağa yönəlmiş, ABŞ və İsrail mənbələri ilə əlaqələndirilən “psixoloji əməliyyat” kimi qiymətləndirib.

Xatırladaq ki, “Le Figaro” daha əvvəl mənbələrə istinadla yazmışdı ki, 2026-cı ilin yanvarında İranda baş verən kütləvi etirazlar zamanı ali rəhbərin hakimiyyətdən kənarlaşdırılmasına cəhd edilib. Nəşrin iddiasına görə, təşəbbüsün arxasında Ruhani dayanıb və o, Xameneinin səlahiyyətlərini məhdudlaşdıraraq böhran idarəçiliyini daha geniş məmur çevrəsinə verməyə çalışıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada PROSES BAŞLADI! - Azərbaycanlılar vətəndaşlıqdan çıxarılır - Xəbəriniz Var?