ABŞ Prezidenti Donald Tramp bir daha prezidentliyinin 10 ayında 8 müharibəyə son qoyduğunu iddia edərək, onların arasında Ermənistan və Azərbaycanın adını çəkib.
Modern.az xəbər verir ki, bu barədə o, Nümayəndələr Palatasına və Senata ünvanladığı "Ölkənin vəziyyəti" adlı çıxışında bildirib.
"İlk 10 ayda 8 müharibəyə son qoydum... o cümlədən Kamboca və Taylandda, Pakistan və Hindistanda. Nüvə müharibələri ola bilərdi... 35 milyon insan... İnsanlar mənim müdaxiləm olmasaydı, Pakistanın baş nazirinin öləcəyini deyirdilər. Kosovo və Serbiya, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan, Konqo və Ruanda və təbii ki, Qəzzadakı müharibə", - deyə ABŞ Prezidenti bildirib.
Onun açıqlaması Demokrat siyasi rəqiblərinin "Bu yalandır" şüarları ilə müşayiət olunub və Tramp cavab verib: "Bu gülməli deyil. Siz xəstəsiniz".