Modern.az

Trampdan İrana hücum siqnalı 

Trampdan İrana hücum siqnalı 

Dünya

Bu gün, 18:48

ABŞ Prezidenti Donald Tramp Konqresdə etdiyi “Ölkənin vəziyyəti” çıxışı zamanı İrana qarşı mümkün hərbi əməliyyat ehtimalını əsaslandırmağa çalışıb. O bildirib ki, ABŞ “dünyanın ən böyük terror sponsoru”nun nüvə silahına sahib olmasına imkan verməyəcək.

Modern.az xəbər verir ki, Tramp çıxışında Tehranın silahlı qruplara dəstək verməsini, etirazçıların öldürülməsini, həmçinin raket və nüvə proqramlarını region və ABŞ üçün təhdid kimi qiymətləndirib.

O, İranı nüvə proqramını yenidən aktivləşdirməkdə və yaxın zamanda ABŞ-a çata biləcək raketlər hazırlamaqda ittiham edib.

ABŞ lideri İranla nüvə proqramı üzrə razılaşmanın əldə olunmamasından narazılığını ifadə edib və rəsmi Tehranın nüvə silahı əldə etməyəcəyinə dair açıq öhdəlik vermədiyini vurğulayıb.

İran isə nüvə tədqiqatlarının yalnız mülki enerji məqsədləri daşıdığını bildirir.

Qeyd edək ki, Trampın çıxışı fonunda Yaxın Şərqdə ABŞ hərbi qüvvələrinin artırılması diqqət çəkir və mümkün qarşıdurma ehtimalı müzakirə olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Televiziyalarda TƏMİZLƏMƏ ƏMƏLİYYATI - Onların kitabı bağlanır!