Donald Tramp administrasiyası əvvəlki hakimiyyətlərdən fərqli olaraq Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə münasibətlərə daha çox diqqət ayırır.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Yakob Helberq Konqresdə keçirilən dinləmələrdə bildirib.
Onun sözlərinə görə, Vaşinqton tarixi olaraq diqqətdən kənarda qalan ölkələrlə fəal əməkdaşlıq xətti götürüb. Bu yanaşmanın nəticəsi kimi Azərbaycan, Qazaxıstan Ermənistan ilə ikitərəfli sazişlərin imzalandığı vurğulanıb.
Helberq çıxışını ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində “Kommersiya diplomatiyası vasitəsilə milli təhlükəsizliyin təşviqi” mövzusunda keçirilən dinləmələr zamanı səsləndirib. O qeyd edib ki, yeni administrasiya iqtisadi əməkdaşlıq alətlərini milli təhlükəsizlik strategiyasının mühüm elementi kimi qiymətləndirir.