Modern.az

Azərbaycan vətəndaşı Yunanıstanda həbs edildi

Azərbaycan vətəndaşı Yunanıstanda həbs edildi

Dünya

Bu gün, 20:05

Yunanıstanın Sahil Mühafizəsi Egey dənizində qanunsuz miqrant daşımaqda şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıb.

Modern.az xəbər verir ki, Yunanıstan mediasının məlumatına görə, 39 yaşlı Azərbaycan vətəndaşı Türkiyədən Lesbos adasına qayıqla 15 kişi, 4 qadın və 12 uşaq olmaqla ümumilikdə 31 nəfəri gətirib. Bildirilir ki, həmin şəxslər arasında üçüncü ölkə vətəndaşları da olub. Miqrantları adaya çıxardıqdan sonra geri qayıdarkən o, Sahil Mühafizəsi qüvvələri tərəfindən saxlanılıb.

Qeyd olunur ki, son dövrlərdə Türkiyədən Yunanıstana qanunsuz miqrant daşınması hallarında Azərbaycan vətəndaşlarının iştirakı ilə bağlı faktlar vaxtaşırı qeydə alınır. Yunanıstanda insan alveri ilə məşğul olan və əsasən Türkiyədə fəaliyyət göstərən beynəlxalq şəbəkələrlə əlaqədə şübhəli bilinən onlarla Azərbaycan vətəndaşı həbs edilib. Onların əksəriyyətinin 19-22 yaş aralığında gənclər olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Televiziyalarda TƏMİZLƏMƏ ƏMƏLİYYATI - Onların kitabı bağlanır!