OpenAI yeni hesabatında ChatGPT texnologiyasının sui-istifadə hallarını açıqlayıb.
Modern.az xəbər verir ki, şirkət Çin hüquq-mühafizə orqanları ilə əlaqəli, romantik fırıldaqçılıq və təsir əməliyyatları aparan hesabları, o cümlədən Yaponiyanın ilk qadın baş naziri Sənə Takaichi əleyhinə gizli kampaniyaları dayandırdıqlarını deyib.
Hesabata görə, bəzi hesablar ChatGPT-dən və digər alətlərdən istifadə edərək saxta tanışlıq agentliyi, vəkillik firmaları və ABŞ rəsmiləri adı altında kiberfırıldaqlar həyata keçirib.
OpenAI, xüsusilə İndoneziyalı kişiləri hədəf alan saxta tanışlıq fırıldaqlarında yüzlərlə insanın zərər gördüyünü, eləcə də bəzi hesabların real vəkilləri və hüquq-mühafizə orqanlarını təqlid etdiyini bildirib.
Qeyd olunur ki, bu sui-istifadələr reklam və saxta mətnlər hazırlamaq üçün ChatGPT-dən istifadə olunub. (Reuters)