Madriddə 2025-ci ildə keçmiş ukraynalı siyasətçinin məktəb qarşısında öldürülməsində şübhəli bilinən şəxs Almaniyada həbs edilib.
Modern.az xəbər verir ki, İspaniya Milli Polisi bildirib ki, Andriy Portnovun öldürülməsində şübhəli olan şəxsin atəş açan şəxs olduğu araşdırmalarla müəyyən edilib. Həbs Heinsberg şəhərində həyata keçirilib.
Qeyd edək ki, Portnov 2014-cü ildə Rusiyaya gedib və Ukraynada xəyanət və mənimsəmə ittihamları ilə araşdırmalara məruz qalıb. O, həmçinin Avropa İttifaqı və ABŞ sanksiyalarına məruz qalmışdı, lakin sanksiyalar və ittihamlar sonradan ləğv olunub. (Reuters)