Braziliyanın cənub-şərqindəki Minas Jeraes əyalətində güclü yağışlar nəticəsində baş verən daşqınlarda ölüm sayı 40-a çatıb, 27 nəfər hələ itkindir.
Modern.az xəbər verir ki, Juiz de Fora və Uba şəhərlərində daşqın və torpaq sürüşmələri təxminən 3 600 nəfəri evsiz qoyub. Yerli və federal hakimiyyətlər zərərçəkənlərə yardım və sığınacaq təmin edir.
Əyalətdəki Juiz de Fora şəhəri bu ilin fevralını tarixdə ən çox yağış düşən ay kimi qeyd edib. Daşqınlar zamanı çox sayda ev dağılıb və insanların həyatına təhlükə yaranıb. (Reuters)