Modern.az

ABŞ İrana qarşı sanksiyaları GENİŞLƏNDİRDİ

ABŞ İrana qarşı sanksiyaları GENİŞLƏNDİRDİ

Dünya

Bu gün, 00:23
ABŞ Maliyyə Nazirliyi İranın qeyri-qanuni neft satışları, ballistik raket və silah proqramları ilə əlaqəli 30-dan çox şəxs, qurum və “kölgə donanması”na daxil olan gəmilərə qarşı yeni sanksiyalar tətbiq edib.

Modern.az xəbər verir ki, nazirliyin məlumatına görə, sanksiyalar İranın İnqilab Keşikçiləri Korpusu və Müdafiə Nazirliyinə silah istehsalı üçün lazım olan material və avadanlıqların əldə edilməsində rol oynayan şəbəkələri də əhatə edir.

ABŞ Prezidenti Donald Tramp administrasiyası İran iqtisadiyyatına təzyiqi artırmaq məqsədilə bu addımı atıb. Bildirilir ki, sanksiyalar çərçivəsində 12 “kölgə donanması” gəmisi və onların sahibləri və operatorları hədəf alınıb.

İran isə nüvə proqramının yalnız mülki enerji məqsədi daşıdığını bəyan edir. Tehran hələlik yeni sanksiyalarla bağlı rəsmi reaksiya verməyib. (Reuters)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Televiziyalarda TƏMİZLƏMƏ ƏMƏLİYYATI - Onların kitabı bağlanır!