Modern.az

Zelenski Trampla telefon danışığının detallarını AÇIQLADI

Zelenski Trampla telefon danışığının detallarını AÇIQLADI

Dünya

Bu gün, 02:24

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla baş tutan son telefon danışığı barədə məlumat verib.

Modern.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” səhifəsində paylaşım edib. O bildirib ki, danışıq zamanı Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də müzakirələrə qoşulublar. Prezident qeyd edib ki, tərəflər müharibənin dayandırılması istiqamətində aparılan proses və komandaların gördüyü işlər ətrafında fikir mübadiləsi aparıblar.

Zelenski PURL proqramının əhəmiyyətini vurğulayıb, həmçinin Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi üçün ABŞ-dən hava hücumundan müdafiə sistemlərinin alınmasının vacibliyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, telefon danışığında Cenevrədə keçiriləcək ikitərəfli görüşün gündəliyi və martın əvvəlində planlaşdırılan üçtərəfli formatda növbəti danışıqlara hazırlıq məsələləri də müzakirə olunub.

Ukrayna lideri bu prosesin gələcəkdə dövlət başçıları səviyyəsində görüşə zəmin yaradacağına ümid etdiyini bildirib və müharibənin başa çatması üçün ardıcıl diplomatik addımların vacibliyini qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Televiziyalarda TƏMİZLƏMƏ ƏMƏLİYYATI - Onların kitabı bağlanır!