Modern.az

İstanbul reysində təyyarədə panika: Powerbank alovlandı

İstanbul reysində təyyarədə panika: Powerbank alovlandı

Dünya

Bu gün, 02:59

Rusiyanın "Ural Hava Yolları" aviaşirkətinə məxsus Yekaterinburq-İstanbul reysi zamanı təyyarədə qeyri-adi hadisə baş verib.

Modern.az xəbər verir ki, Airbus A320 təyyarəsi Yekaterinburqdakı Koltsovo hava limanından qalxdıqdan dərhal sonra sərnişinlərdən birinin şarj cihazı (“powerbank”) alovlanıb.

Ekipaj dərhal müdaxilə edərək yanğını söndürüb. Yüngül xəsarət alan sərnişinə ilkin tibbi yardım göstərilib.

Hadisə uçuşa təsir etməyib və təyyarə İstanbul hava limanına təhlükəsiz eniş edib. Aviaşirkət bildirib ki, ekipajın çevik və koordinasiyalı əməliyyatı sayəsində yanğın qısa zamanda tamamilə aradan qaldırılıb. (HaberGlobal)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Televiziyalarda TƏMİZLƏMƏ ƏMƏLİYYATI - Onların kitabı bağlanır!