Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar Azərbaycanla sərhəd boyunca bütün hava məkanını əhatə edir.
İran Azərbaycanla sərhəd boyunca hava məkanının NOTAM bağlanması barədə bildiriş yayıb.
Yayımlanan məlumata görə, Azərbaycanla sərhəd yaxınlığında pilotsuz uçuş aparatları yer səviyyəsindən 10 000 futadək (təxminən 3 300 metr) hündürlükdə istifadə olunacaq.
İran mediasının məlumatına görə, son günlərdə İran hərbi dronlarının uçuşlarının artması müşahidə olunub və bu, ekspertlərin fikrincə, ərazidə hərbi təlimlərin keçirildiyini göstərir.