Modern.az

Zelenski Hersoqla sanksiyaları müzakirə etdi

Zelenski Hersoqla sanksiyaları müzakirə etdi

Dünya

Bu gün, 20:56

Ukrayna Prezidenti Volodimir Zelenski İsrail Prezidenti İsxak Hersoq ilə təhlükəsizlik zəmanətləri və İrana qarşı sanksiyalar məsələsini müzakirə edib.

Modern.az xəbər verir ki, Zelenski BMT Baş Assambleyasında Rusiyanın genişmiqyaslı hücumunun dördüncü ildönümü ilə bağlı qətnaməyə görə İsrailə təşəkkür edib və müharibənin dayandırılması, Ukraynaya etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, terrora dəstək verən heç bir qüvvə cəzasız qalmamalıdır. Zelenski İranın Rusiyaya “Shahed” tipli pilotsuz uçuş aparatları verməsini xatırladaraq, rəsmi Tehranın addımlarını diqqətlə izlədiklərini qeyd edib. (UNN)

Sizə yeni x var
Keçid et
Bakı Putindən bunu tələb edir! - Nazirdən kritik açıqlama