Pakistan–Əfqanıstan sərhədində baş verən qarşıdurmalar nəticəsində azı 22 “Taliban” üzvü zərərsizləşdirilib.
Modern.az xəbər verir ki, Geo News hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirib ki, Pakistan təhlükəsizlik qüvvələri sərhəddə Talibanın başladığı əməliyyata cavab olaraq “Ghazab-lil-haqq” adlı əməliyyata start verib.
Mənbələrin sözlərinə görə, əməliyyat zamanı silahlılar arasında itkilər qeydə alınıb.
22:11
Pakistan və Əfqanıstan hərbçiləri arasında sərhəddə silahlı insidentlər baş verib.
Modern.az xəbər verir ki, qarşıdurmalar Əfqanıstanın Pakistanla həmsərhəd olan Nanqarhar, Nuristan, Kunar, Xost, Paktia və Paktika əyalətlərində qeydə alınıb. Atışmaların əsasən Durand xətti ətrafında davam etdiyi bildirilir.
Hadisə ilə bağlı tərəflərdən mümkün itkilər barədə hələlik rəsmi açıqlama verilməyib.