Sabiq Venesuela prezidenti Nikolas Maduro ABŞ məhkəməsinə ona qarşı açılmış cinayət işinin ləğv edilməsi üçün müraciət edib.
Modern.az xəbər verir ki, Venesuela prezidenti öz bəyanatında ABŞ hakimiyyət orqanlarının onun konstitusiya hüquqlarını pozduğunu bildirib.
Müraciətdə vurğulanır ki, "ABŞ hökumətinin hərəkətləri təkcə Maduronun hüquqlarını deyil, həm də məhkəmənin ədalətli məhkəmə prosesini təmin etmək vəzifəsini pozur".