Kanada öz vətəndaşlarından İranı dərhal tərk etməyi tələb edib.
Modern.az xəbər verir ki, bu barədə Kanada hökuməti rəsmi xəbərdarlıq edib.
Xəbərdarlıqda qeyd edilib ki, İrandakı bütün kanadalılar çıxış yolları açıq və təhlükəsiz olduğu müddət ərzində ölkəni elə "indi" tərk etməlidir.
"Global Affairs Canada" isə yaydığı məlumatda təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğunu və vəziyyət pisləşəcəyi təqdirdə ölkədə qalan vətəndaşların konsulluq yardımı ilə təmin edilə bilməyəcəyini açıqlayıb.