Modern.az

İrandan İsrailə cavab ZƏRBƏSİ (YENİLƏNİB)

İrandan İsrailə cavab ZƏRBƏSİ (YENİLƏNİB)

Dünya

Bu gün, 12:36

İran ərazisindən İsrailə doğru yeni raket zərbəsi endirildi. İsrail üzərində iki İran raketi ələ keçirildi. Tehrana qarşı yeni zərbələr dalğası başladı.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış səsləri Yerusəlim dağlarında və sahil boyunca eşidilir.

ABŞ-ın 5-ci Donanmasının qərargahının yerləşdiyi Bəhreyndəki ABŞ hərbi bazasına hava hücumu xəbərdarlığı edilib.

İlk dəfə olaraq İraq ərazisindən İsrailə raketlər atıldı.

İordaniyanın şimalındakı İrbid bölgəsinə raketin düşməsi qeydə alınıb.

Yerli medianın verdiyi məlumata görə, İranın raket hücumundan sonra Tel-Əviv yaxınlığında tüstü qalxır.

***

İrandan İsrail ərazisinə yeni raket zərbələrinin endirildiyi bildirilir.

Modern.az xarici mətbuata istinadən məlumat verir ki, bu dəfə raketlər Tel-Əviv və ölkənin mərkəzi bölgələri istiqamətində atılıb.

***

12:10

İranın ilk ballistik raket dalğası İsrailə doğru atılıb.

Modern.az xəbər verir ki, İran İsrail ərazisinə 30 raket buraxılıb.

İsrail Müdafiə Qüvvələri İsrailə doğru raket buraxıldığını aşkarlayıb.

İsrail vətəndaşlarına bombaburaxılardan istifadə edərək sığınacaqlara keçmək əmr verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər