İranın Ali Rəhbəri Xameneinin iqamətgahı yaxınlığında partlayış olub.
Modern.az xəbər verir ki, partlayış İsrail və ABŞ-nin İrana hücumu zamanı baş verib.
Qeyd edilir ki, Xamenei hazırda iqamətgahında deyil. Hadisə ilə bağlı yayımlanan videoların birində insanların bu hücuma sevindiyi də əks olunub.
Eyni zamanda İranın Ali Dini Lideri Seyid Əli Xameneinin müşaviri Əli Şəmxaniyə qarşı sui-qəsd həyata keçirilib.