İran hökuməti ictimai ehtiyacları təmin edib, məktəblər və universitetlər bağlı qalacaq.
Modern.az xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurası ölkədə yaranmış fövqəladə vəziyyətlə bağlı açıqlama yayıb.
Şuranın məlumatına görə, İran İslam Respublikasının hökuməti artıq bütün ictimai ehtiyacların təmin olunması üçün tədbirlər görüb və gündəlik tələbat mallarının çatdırılmasında heç bir narahatlıq yoxdur.
Bildirilib ki, məktəblər və universitetlər əlavə xəbərdarlığa qədər bağlı qalacaq, bu, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə atılan tədbirlərdən biridir. Banklar isə qanunauyğun vətəndaşlara xidmət göstərməyə davam edəcək.
Habelə dövlət müəssisələri müəyyən müddət ərzində 50% iş rejimində fəaliyyət göstərəcək.