İsrail vətəndaşları çətin günlərə hazır olmalıdır
Modern.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin müşaviri Dmitri Hendelman deyib.
O qeyd edib ki, ABŞ və İran əməliyyatları fonunda ölkədə çətin günlər gözlənilir.
“Arxa cəbhə Komandanlığının göstərişlərinə ciddi şəkildə əməl etmək lazımdır. Qarşıda çətin günlər var, “Şir Qrunt” əməliyyatı davam edir” – deyə o vurğulayıb.
Hendelman əlavə edib ki, əməliyyatın əsas məqsədi İrana nüvə silahı əldə etməyə imkan verməməkdir. O, İran hakimiyyətini birbaşa ekzistensial təhdid adlandırıb.