İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı 50-ni ötüb.
Modern.az İran KİV-nə istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 53-ə çatıb. Yaralananların sayı isə 60-dır.
***
15:32
İranın Körfəz sahilindəki Bəndər Abbas limanı yaxınlığındakı Minab şəhəri ABŞ bombardmanına məruz qalıb.
Modern.az İRNA agentliyinə istinadla xəbər verir ki, raket zərbələri nəticəsində 40 nəfər ölüb, 48 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Şəhər merinin verdiyi məlumata görə, ibtidai məktəb də raket zərbəsinə məruz qalıb və şagirdlər arasında da ölənlər var. Hələlik neçə şagirdin ölməsi məlum deyil. Hadisə yerində çalışan fövqəladə hallar üzrə komissiyanın əməkdaşları dağıntılar arasında qalan şagirdləri xilas edirlər. Bu məktəbdə 170 şagird təhsil alır.
Məktəb və universitetdə dərslər, eləcə də banklar və dövlət idarələri də fəaliyyətlərini dayandırıb.
İran mətbuatının xəbərinə görə, Bəndər Abbas limanında İranın dəniz nəqliyyatı üçün infrastrukturu var. ABŞ məhz buna görə limanı və onun yaxınlığındakı obyektləri hədəf alıb.
***
15:14
İsrail və ABŞ hücumu nəticəsində, ölən qızların sayı 18-ə çatıb.
Modern.az bu barədə "İRNA"a istinadən məlumat verir.
İranın Minəb şəhərinin xüsusi qubernatoru bildirib ki, bu şəhərdəki qızlar məktəbinə İsrail rejiminin hücumunda həlak olanların sayı 18-ə çatıb.
***
14:34
İsrailin zərbələri nəticəsində İranda 5 nəfər ölüb.
Modern.az "İRNA"ya istinadən xəbər verir ki, İsrailin İranın cənubuna endirdiyi zərbələr nəticəsində azı beş nəfər həlak olub.
Onların ibtidai sinif şagirdləri olduğu bildirilir.