Modern.az

İran XİN bəyanat yaydı

İran XİN bəyanat yaydı

Dünya

Bu gün, 14:44

ABŞ və İsrail İrana qarşı açıq təcavüz həyata keçirməyə başlayıb. İranın bu təcavüzə cavab vermək hüququ var və İranın silahlı qüvvələri təcavüzün qarşısını almaq üçün güc və resurslara malikdir.

Modern.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir.

Bəyanatda vurğulanır ki, ABŞ və İsrail bu gün İranın hərbi və mülki infrastrukturunu bombardman etməyə başlayıb: “İran xalqı silahlı qüvvələrlə birlikdə bu təcavüzü dəf edərək suverenliyini qoruyacaq. Biz danışıqlara hazır olduğumuz kimi hərbi təcavüzə də hazırıq. Müxtəlif bəhanələrlə İrana qarşı hərbi təcavüz cavabsız qalmayacaq. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bütün qüvvələrimizi səfərbər edərək qoruyacağıq”.

O da qeyd edilib ki, BMT və digər beynəlxalq təşkilatlar beynəlxalq qanunları rəhbər tutaraq bu təcavüzə qarşı çıxmalı, onu pisləməlidirlər. BMT Təhlükəsizlik Şurasının üzvləri öz vəzifələrini yerinə yetirməli və təcavüzün dayandırılması üçün addımlar atmalıdırlar.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər